Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Unikal.org xəbər verir ki, Azərbaycanın 6 zəka sahibi kişi şahmatçılar arasında "ilk 100-lükdə yer alıb. Şəhriyar Məmmədyarov 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya isə 2835 xalla Maqnus Karlsen (Norveç) başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla 2-ci yerdədir. Dörd pillə irəliləyərək 14-cü sıraya yüksələn Teymur Rəcəbovun 2757 xalı var. 9 pillə irəliləyən Arkadi Naydiç 2736 xalla 20-ci, 6 pillə irəliləyən Rauf Məmmədov isə 2699 xalla 40-cıdır. 5 pillə geriləyən Eltac Səfərli 2671 xalla 72-ci, 8 pillə geriləyən Qədir Hüseynov 2664 xalla 82-ci sıradadır.

Qadınların "100-lüyündə isə Azərbaycanın 3 xanım şahmatçısı yer alıb. 13 pillə geriləyərək 2422 xalla 46-cı yerdə qərarlaşan Günay Məmmədzadəyə Xanım Balacayeva və Gülnar Məmmədova qoşulub. Onlar müvafiq olaraq, 2397 xalla 63-cü və 2368 xalla 97-ci sıradadırlar.

Qadınların siyahısında ilk yerdə 2658 xalla Hou İfan (Çin) qərarlaşıb.