Çin Futbol Federasiyası "Şandun Lenun klubunda forma geyinən Dieqo Tardellini ölkənin himninə qarşı ədəsizlik etdiyini düşənərək cəzalandırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, braziliya əsilli futbolçu 1 oyunluq cəza verilib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Çin Liqasının 27-ci turunda keçirilən "Şanxay SİPQ - "Şandun Lenun matçında, dövlət himni səslənərkən, Tardelli üzünü qaşıyıb. Futbol Federasiyası bu hərəkətin milli dəyərlərə ziddi olduğunu və cəmiyyətə mənfi təsir etdiyini səbəb göstərib. Daha sonra Tardelliyə 1 oyun cəza verildiyi açıqlanıb.