Azərbaycanın Baş naziri Novruz Məmmədov sabah Qazaxıstana səfərə gedəcək.

Unikal.org xəbər verir ki, o, Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının noyabrın 2-də Astana şəhərində keçiriləcək iclasında iştirak edəcək.

Bu ilin aprelində Baş nazir təyin edilən N.Məmmədov bu vəzifədə MDB Hökumət Başçıları Şurasının toplantısında ilk dəfə iştirak edəcək.