ABŞ-ın Florida ştatının Tampa şəhərində sürücü avtomobilini yüksək sürətlə məktəb avtobusunun dayanacağına sürüb.

Unikal.org "ABC Newsə istinadən xəbər verir ki, nəticədə dayanacaqda avtobus gözləyən beş nəfər, o cümlədən üç azyaşlı xəsarət alıb.

Yaralılarxəstəxanaya yerləşdirilib, onlardanbirinin vəziyyəti ağırdır. Sürücü polis tərəfindən saxlanılıb.