Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda xüsusi əməliyyat keçirib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı radikal hücrənin rəhbəri və 4 üzvü saxlanılıb.

Bildirilir ki, 2013-cü ildə Baqavudin Omarov "Ət-Takfir vəl-Hicrə adlı ektremist qruplaşmanın hücrəsini yaradıb.

"O, əhali arasında Rusiya və ölkə konstitusiya əleyhinə təbliğat aparıb. Həmçinin insanları hücrəyə dəvət etmə, onların dini baxışlarına təsir göstərmə, digər dinlərin nümayəndələrinə qarşı nifrət aşılamaq kimi fəaliyyətlərə başçılıq edib, - deyə məlumatda bildirilib.

Əməliyyat zamanı hücrəyə aid xeyli dini ədəbiyyat da müsadirə edilib.

Baqavudin Omarova qarşı radikal dini fəaliyyətin təşkili ilə bağlı cinayət işi qaldırılıb.