İranda son iki ayda saxta spirtli içki qəbul edən 85 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Təcili Yardım Dairəsinin rəhbəri Pis Hüseyn Kulivend mediaya danışıb.

Onun sözlərinə görə, 6 sentyabr-31 oktyabr tarixləri arasında 974 nəfər alkoqoldan zəhərlənib.

Kulivənd zəhərlənənlərdən 883-nün kişi, 91-nin isə qadın olduğunu bildirib.

Qeyd edək ki, spirtli içki istehsalı və istifadəsi İranda müsəlmanlar üçün qadağandır. İstehlakçılar belə məhsulları adətən qeyri-qanuni yollarla əldə edir.