Bu axşam "Türk Telekom Arenada keçiriləcək "Qalatasaray - "Fənərbaxça oyununu tribundan izləməsi gözlənilən Ali Koç tarixə keçəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Koç "Türk Telekom Arenada komandasını tribunadan izləyən ilk "Fənərbaxça prezidenti olaraq tarixə düşəcək. Koçun oyunu klubun idman direktoru Damien Komolli ilə birlikdə izləyəcəyi deyilir.

"Qalatasarayın prezidenti Mustafa Cengizin də klubun idarə heyətinə oyunu stadiondan izləmək tapşırığı verdiyi bildirilir.