Misirdə xristian zəvvarlarını daşıyan avtobusa silahlı hücum olub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, hadisə Bəni Suef əyalətində qeydə alınıb.

Belə ki, zəvvarları aparan üç avtobus Müqəddəs Samuel monastırı qarşısında naməlum dəstənin hücumuna məruz qalıb və onlardan biri gülləbaran edilib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.