Türkiyədə bir müddət öncə ABŞ sanksiyaları ilə 7 lirəyə yaxınlaşan dolların kursunda enmə bu gün daha ciddi müşahidə edilib.

Unikal.org xəbər verir ki, axşama doğru dollar daha 1,6 faiz ucuzlaşaraq, 5,42 lirəyə düşüb.

Avronun kursunda ucuzlaşma isə 1,9 faiz özünü göstərib. Hazırda 1 avro qardaş ölkədə 6,18 lirədir.

Qeyd edək ki, bu gün ABŞ keşiş Branson olayına görə Türkiyənin 2 naiziri - Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə tətbiq etdiyi sanksiyaları ləğv edib. Siyasi mahiyyət kəsb edən bu sanksiyaların özünü dərhal birjalarda göstərdiyi bildirilir. Belə ki, artıq ABŞ-Türkiyə münasibətlərində gərginliyin arxada qalması bazarlara psixoloji təsirlərini göstərməkdədir.