Kolumbiyada dəhşətli hadisə baş verib. Belə ki, məktəbliləri aparan avtobus qəza törədib.

Unikal.orgxarici mətbuata istinadən xəbər verir ki, avtobusağaca çırpılıb. Hadisə Monteriya bələdiyyəsi (şimali Kordova departamenti) və Arboletes bələdiyyəsini (şimali Antyokiya departamenti) birləşdirən avtomobil yolunda baş verib.

Nəticədə sürücü hadisə yerində keçinib. 19 nəfərə yaxın məktəbli isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, avtobusda konkisürmə üzrə yerli çempionatda iştirak edən məktəblilər olub.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata əsasən, avtobusun sürücüsü sükan arxasında yuxulayıb.