"Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo, Premyer Liqanın 11-ci turunda "Bornmutla qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, İngiltərə mətbuatına danışan portuqaliyalı mütəxəssis, çempionluq haqda danışmaq üçün tez olduğunu deyib:

"Turnir cədvəlində ilk "4-lük"də deyilsəz, çempionluq haqda danışmamalısız. Yuxarı pillələrdə olduğumuz zaman bunu müzakirə edərik.

Dekabrın sonuna qədər daha yaxşı yerdə olmalıyıq. Öz meydanımızda 19 oyun keçirəcəyik. Ancaq "Liverpul və "Mançester Siti səfərinə gedəcəyik. Matç təqvimimiz pisdir, amma biz daha yaxşı yerlərdə olmalıyıq.

"Bornmut - "Mançester Yunayted matçı bu gün, saat 16:30-da başlayacaq.

MY cari mövsümdə Premyer Liqada 10 turdan sonra 17 xalla 8-ci pillədə qərarlaşıb.