Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "MiQ-29M" qırıcısı təlim uçuşları zamanı qəzaya uğrayıb.

Unikal.org  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Təyyarəqayırma Korporasiyası məlumat yayıb.

"Bizdə Misir HHQ-nin "MiQ-29M" qırıcısının qəzaya uğradığı barədə təcili xəbər var. Yaxın vaxtlarda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasına köməklik göstərmək üçün Misirə yollanacaq", - deyə məlumatda qeyd olunur.

Qəzaya uğrayan təyyarə Rusiyanın 2018-ci ildə kommersiya müqaviləsi çərçivəsində Misirə göndərdiyi "MiQ-29M/M2" qırıcılarından biridir.

Pilotun katapult etdiyi bildirilir.

Bundan əvvəl İranın "Kowsar tipli qırıcı təyyarələrin kütləvi istehsalına başladığı məlumat verilib.