Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Unikal.org  xəbər verir ki, turun açılış matçında "Keşlə "ASK Arenada "Neftçini qəbul edib.

Qarşılaşma "Neftçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ikinci dəqiqədə Mirabdulla Abbasov vurub.

Bu nəticədən sonra "Neftçi 25 xalla liderliyini davam etdirir. "Keşlə isə 6 xalla 7-ci yerdədir.

Günün digər matçında "Qarabağ "Sumqayıtla qarşılaşacaq. Tura sabah keçiriləcək "Qəbələ - "Sabah və "Zirə - "Səbail matçları ilə yekun vurulacaq.