Gədəbəy rayonunun Maarif kəndində avtomobil qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü yerli sakin Abdullayev Arzu İsa oğlu idarə etdiyi avtomobili maneəyə çırpıb.

Sürücü nəticədə müxtəlif bədən xəsarətləri alıb və Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.