Bu gün səhər saatlarında  "Sədərək" Ticarət Mərkəzi istiqamətinə gedən avtomobil yolunda  qəza baş verib.

Unikal.org-un məlumatına  görə, yol-nəqliyyat hadisəsi  səhər saatlarında qeydə alınıb.Belə ki, "VAZ 2107" markalı avtomobil "KAMAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarətləri  alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.