Fransanın "La Revue jurnalında "Ekspo 2025 Ümumdünya Sərgisi ilə bağlı "Dünyanın gələcək paytaxtı adlı məqalə dərc olunub.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, məqalədə Bakının "Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumat verilir. Azərbaycanın paytaxtının noyabrın sonunda keçiriləcək səsverməyə inamla getdiyi bildirilir.

Məqalədə Bakı haqqında ətraflı məlumat verilir, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi diqqətə çatdırılır. Həmçinin Azərbaycanın Afrika İttifaqına üzv ölkələrlə əlaqələrindən də bəhs olunur.