Cəlilabad rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Musalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Quliyev Rövşən Fərəməz oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsünün də yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.