Bərdə rayonunun Cəyilri kəndində ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ümumi sahəsi 364 kv. m olan ikimərtəbəli 8 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 96 kv. m sahədə, ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.