Kanada səmasında iki təyyarə toqquşub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ontario vilayətində, Ottava üzərində, yerli vaxtla saat 10:11-də baş verib. Təyyarələrdən biri toqquşmadan sonra qəzaya uğrayıb, digəri isə Ottava beynəlxalq hava limanında yerə uğurlu eniş edə bilib. Qəza yerinə polis və həkimlər cəlb edilib.

Hadisənin başvermə səbəbi və xəsarət alanlarin olub-olmaması barədə məlumat verilmir.