Əfqanıstanda "Taliban"ın 21 silahlısı zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə "Sinhua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Cuzistan vilayətində baş verib. Vilayət qubernatorunun müavini Əbdül Rəhman Mahmudi faktı təsdiqləyib. Onun sözlərinə görə, zərərsizləşdirilənlər arasında hərəkatın səhra komandiri də var. Qubernatorun müavini bu şəxsin molla Hakər olduğunu bildirib.