Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.