Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi bu gündən qüvvəyə minəcək. Bu tarixdən etibarən İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər tətbiq ediləcək, iqtisadiyyatı neftə əsaslanan İrandan neft və məhsullarının satışına sanksiyalar tətbiq olunacaqdır.

Unikal.org xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən şərhdə, Azərbaycanın Şahdəniz hövzəsindəki təbii qazını Türkiyəyə və buradan Avropaya daşıyacaq layihələrdə İranlı şirkətlərin də iştirak etməsinə icazə verildi.

ABŞ Maliyyə Nazirliyinin bu qərarın verməsinin səbəbini də açıqlayıb. Açıqlamada vurğulanıb ki, bu qərarın verilməsinə səbəb Türkiyə və Azərbaycanın Avropa enerji təhlükəsizliyin təmini, bu ölkə vasitəsilə Rusiya və İran Hökumətlərinin müstəqil enerji siyasəyti yürütməsidir.