"Milanın və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu qış transfer pəncərəsi dövründə İtaliya klubunu tərk edə bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı-qaraların baş məşqçisi Cennaro Qattuzonun 4-3-3 oyun sxeminə üstünlük verməsi türkiyəli futbolçunun ehtiyatda qalmasına səbəb olub. Buna görə də, qış fasiləsində onun komandadan ayrılacağı iddia olunur.

2017-ci ildə 21 milyon avro qarşılığında "Bayerdən transfer olunan 24 yaşlı futbolçuyla Almaniyanın "Leypstiq və "Ayntraxt klublarının maraqlandığı bildirilir.