Tovuzda qadın dərmandan zəhərlənib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Əliyeva Səadət Cümşüd qızı evlərində dozadan artıq dərman qəbul edib.

Qadın zəhərlənmə diaqnozu ilə Tovuz rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.