Bakıda 61 yaşlı kişi intihar edib.

Unikal.org-un verdiyi xəbərə görə, hadisə noyabrın 5-i saat 08:45 radələrində paytaxtın 20-ci sahəsində baş verib.

Elçin Əzizov küçəsində yaşayan 1957-ci il təvəllüdlü, Tərtər rayon anadan olan İsgəndərov Fərman Cəbrayıl oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.

İlkin məlumata görə, səbəb kimi F.İsgəndərovun təxminən 25 min manat borcu olduğu bildirilir.