İstanbul məhkəməsi İran əsilli türk milyarderi Rza Zərrabla bağlı qərar qəbul edib. 

Unikal.org-un "Anadolu agentliyinə istindən verdiyi xəbərə görə, məhkəmə müğənni E.Gündeşllə evli olan R.Zərrabın həbsi ilə bağlı order verib.

Zərrab Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda şəxsi villasında qanunsuz təmirdə ittiham olunub. Buna görə onu üç ilə qədər həbs cəzası gözləyir.

Belə ki, "Mədəniyyət və Təbiət varlıqlarını qoruma" qanuna zidd işlər gördüyün üçün Rza Zərraba 3 ilə qədər həbs cəzası tələb edilib və məhkəməsi davam edir.

Xatırladaq ki, ABŞ-da həbs edilən iş adamı Rza Zərrabın cinayət işi "ABŞ Atillaya qarşı şəklində dəyişdirilib. Həmin prosesdə təkcə "Halkbankın baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib. Atilla ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilir.