Azərbaycan ilə Belarus arasında imzalanmış 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin müvafiq qurumlarının ekspertləri arasında işçi görüşü keçirilir.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 8-dək davam edəcək görüşdə ekspertlər qarşılıqlı təcrübə mübadiləsi məqsədilə mühəndis-texniki təminat üzrə müzakirələr aparacaqlar.