Tək bir ölkənin öz mənafeyi naminə yaratdığı sanksiyalara bütün dünyanın əməl etməsini gözləmək düzgün və ədalətli deyil.

 Unikal.org
xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay deyib.

"İran bizim qonşumuzdur. Qış gələndə bizim ölkəmizin ehtiyacları var. Başqalarının daxili siyasətləri ilə bağlı mən 85 milyona "onların münasibətləri pozuldu, enerji almayaq" deyə bilmərəm. Türkiyə böyük bir ölkədir. Bizim qonşumuz olan ölkə ilə münasibətlərimizi bir gündə qoparıb atmaq şansımız yoxdur", - Oktay bildirib.