Bakı-Qazax yolunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org trend-ə istinadən bildirir ki,hadisə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Qovlar qəsəbə sakini, 1958-ci il təvəllüdlü Nəsibov Nizami Yusif oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qapalı kəllə-beyin travması alan N.Nəsibov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.