İngiltərədə iki gənc qız müsəlmanları qəzəbləndirən addım atıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər Mançester şəhərində namaz vaxtı məscidə
daxil olub, içərisinə donuz ətindən hazırlanmış basdırma və spirtli içki ataraq ərazidən uzaqlaşıblar.

Daha sonra məlum olub ki, həmin qızlar tərəfindən məscidin nəzir qutusunun üzərinə seks oyuncaqları qoyulub.

Məscidin imamı ingilis xanımların müsəlmanlara qarşı əxlaqsız hərəkətindən qəzəblənərək onlardan polisə şikayət edib.