ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində məktəb avtobusu ilə tullantı daşıyan avtomobilin toqquşması nəticəsində 9-u şagird olmaqla azı 11 nəfər xəsarət alıb.

Unikal.org
TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli polis öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, avtobusda qəza zamanı 39 məktəbli olub. Qəzada hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri məlum deyil.