"Lillin futbolçusu Nikolas Pepe qış transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.

Unikal.org xəbər verir ki, 23 yaşlı futbolçu sərgilədiyi oyunla bir sıra Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə "Bavariya, Dortmund "Borussiyası, "Arsenal, "Barselona kimi klubların fransız futbolçunu transfer etmək istədiyi bildirilir. Futbolçunun sərbəst qalma dəyəri 50 milyon avrodur.

Pepe cari mövsümdə "Lill forması ilə çıxdığı 13 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

O, 2017-ci ildə "Anje klubundan 10 milyon avroya transfer edilib.