Aralıq dənizində iki miqrant qayığının qəzaya uğraması nəticəsində azı 17 nəfər ölüb, təqribən 20 nəfər itkin düşüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, İspaniyanın xilasetmə xidmətinin məlumatına görə, qayıqlardan birinin İspaniyanın Kadus əyaləti sahillərində qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib, 22-si xilas edilib, azı 17 miqrant itkin düşüb.

Xilasetmə işləri səhər saatlarında bərpa olunacaq.

Mərakeşdən İspaniyaya üz tutan daha bir miqrant gəmisi Alboran dənizinin (Aralıq dənizinin ən qərb hissəsi) Melilya muxtar liman şəhəri sahillərində çevrilib. Burada 13 nəfər ölüb, 80-i xilas edilib.