"Mançester Yunaytedin qolkiperi Serxio Romero, komanda yoldaşı Antoni Marsial haqda fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, argentinalı futbolçu İngiltərə mətbuatına açıqlamasında Marsialın Lionel Messiyə oxşadığını deyib:

"Marsial Messiyə bənzəyir. Topu götürən zaman cəld şəkildə sürətlənir və tez bir zamanda da sürətini aşağı sala bilir. Topla bir neçə saniyə ərzində çox şeylər edir. Bunları edə biləcək futbolçu çox azdır. Bunu edən futbolçular xüsusi oyunçulardır. Bu məsələdə Messi və Marsialla bərabər tutulacaq futbolçu yoxdur".

MY ilə 2021-ci ilə qədər müqaviləsi olan Romero, bu mövsüm "qırmızı şeytanların formasıyla 2 oyuna çıxıb.

Marsial oktyabr ayında iştirak etdiyi 5 matçda 4 qol vurmağı bacarıb. Fransız futbolçu MY-nin heyətində oktyabr ayının ən yaxşı futbolçusu seçilib.