Quba rayon sakini Şəkidə itkin düşüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki,  Quba rayonunun Aşağı Atuc kəndində anadan olan Babayev Əlibaba Hacıbaba oğlu Siyəzən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Quba rayon Ruhi Əsəb Dispanserində qeydiyyatda olan Babayev Əvəz Hacıbaba oğlu oktyabrın 23-də itkin düşüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Ə.Babayevin sonuncu dəfə Şəki rayonunda olduğu müəyyən edilib.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırmalara başlanıb.