Bakıda 26 saylı marşrut üzrə hərəkət edən avtobus qəzaya uğrayıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığındakı tuneldə baş verib. Qəza zamanı avtobusun arxa sol təkərləri yerindən çıxıb.

Hadisə nəticəsində Atatürk prospekti -"Gənclik" istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.