Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi ölüb.

Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, işğalçı ordunun 2000-ci il təvəllüdlü əsgəri Aristakes Eduardoviç Azatyana naməlum şəraitdə odlu silahdan atəş açılıb.

Nəticədə o, aldığı güllə yarasından ölüb.

Faktla bağlı araşdırma aparılır.