Avstraliyanın Darvin şəhəri yaxınlığındakı yeniyetmələrin saxlanıldığı cəzaçəkmə müəssisəsində üsyan baş verib.

Unikal.org "Daily Telegrapha istinadən xəbər verir ki,bir qrup yeniyetmə qiyamqaldıraraq iki əməkdaşa hücum ediblər.

Qalın tüstü çıxdığı müəssisənin alova büründüyü görünür, oradan çığırtı səsləri gəlir. Hadisə yerinə 16 polis avtomobili cəlb olunub.

"Sky News" telekanalının məlumatına görə, əllərində bıçaq və yandırıcı maye olan yeniyetmə dustaqlar cəzaçəkmə müəssisəni ələ keçiriblər.