Səudiyyə Ərəbistanı hökuməti öldürüən müxalif jurnalist Camal Qaşıqçının ailəsinə qan pulu ödəyəcək.

Unikal.org xəbər verir ki, bu barədə "Əl Cəzirə məlumat yayıb.

Məlumatda bildirilir ki, Qaşıqçının ölüm əmrini yüksək rütbəli səudiyyəli şəxs verib.

Bundan əlavə, ABŞ və Türkiyə prezidentlərinin görüşündə də Qaşıqçı olayı ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, səudiyyəli müxalif jurnalist, "Vaşinqton Post" qəzetini əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsuliuğunda öldürülüb.