Çinin bir şəhərində it gəzdirmək qadağan olunub.

Unikal.org xəbər verir ki, Çinin cənubqərbindəki Vinşan şəhərində ev itlərinin gündüz vaxtı parklarda, alış-veriş və idman mərkəzlərində gəzdirilməsi qanunla qadağan edilib.

Qadağanı pozanlarla bağlı cərimələr barədə məlumat verilmir.

Qeyd edək ki, Vinşan şəhəriYunnan əyalətinə mənsubdur.