Əli Mirəliyev ARB-nin "Səhər-səhər" verilişindən birdəfəlik kənarlaşdırılıb.

Unikal.org yenicag.az-a istinadən xəbər verirki, bir müddət öncə verilişdə görünməməsinin səbəbini ayağından zədə alması ilə əlaqələndirən və yenidən efirə qayıdacağını bildirən müğənninin verilişlə vidalaşdığı məlum olub.

Açıqlamasında Ə.Mirəliyev özü də bu xəbəri təsdiqləyib:

"Səhər-səhər" verilişindən birdəfəlik getmişəm, amma ARB-dən getməmişəm. Ayağım sağalandan sonra Mehriban Xanlarovanın "Canım sizə desin" verilişində aparıcılıq fəaliyyətimi davam etdirəcəkdim. Hətta bir verilişə də çəkildim, amma efirə getmədi. Çünki məlum hadisədən sonra Mehribanın verilişi də bağlandı".

"Səhər-səhər" verilişindən niyə getdiniz" sualına isə müğənninin cavabı belə olub:

"Bunu məndən niyə soruşursunuz? Elgizdən soruşun, desin".

Elgiz Əkbər isə axşam.az-a açıqlamasında bildirib ki, Əli Mirəliyevin verilişdən kənarladırılmasının onunla heç bir əlaqəsi yoxdu:

 "Elgiz kimisə işə götürüb, işdən çıxaracaq adam deyil. Bunu telekanaldan öyrənsinlər. Əli müəllim gözəl insandır, yəqin onun da verilişi olacaq".

Qeyd edək ki, Elgizlə Ə.Mirəliyev arasında dəfələrlə proqramda mübahisələr yaşanıb. Aqresiv çıxışları hər dəfə tənqid edilən Mirəliyevə həmişə Elgiz "Sakit ol, əsəblərini qoru" kimi sözlər deyirdi.