Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Yuventusla qarşılaşacaq "Mançester Yunaytedin yarımmüdafiəçisi Pol Poqba rəqibin hücumçusu Kriştiano Ronaldo haqqında danışıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Ronaldonun "Realı tərk etdiyi üçün xoşbəxt olduğunu düşünür:

"Mən düşünürəm ki, Ronaldonun orda olması "Yuventus üçün əla bir imkandır. Əlbəttə, hər bir komandada Ronaldo kimi futbolçuların olması yaxşıdır. Onun kimi böyük futbolçuların yanında oynamaq böyük zövqdür. Mən düşünürəm ki, Ronaldo "Yuventusda olduğu üçün xoşbəxtdir. Eyni zamanda, "Yuventusun qol vurmağı su içmək qədər asan bacaran bir futbolçuya malik olması möhtəşəm bir şeydir.

"Yuventus - "Mançester Yunayted oyunu bu gün, saat 00:00-da start götürəcək.