Noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə banklardan birinə məxsus "Lada Priora markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. "İsti izlərlə və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı məsələsi araşdırılır.