Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.

Unikal.org "Sputnik-Armeniyaya istinadən xəbər verir ki, hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib.

Ermənistan Müdafiə Nazirliyinə məxsus "KamAZ markalı yük maşını aşıb. Nəticədə 4 əsgər ölüb. Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələ məlum deyil. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.