Azərbaycanda Kunq-Fu idman növü üzrə peşəkar döyüş keçirilib. 56 kq çəki dərəcəsində mübarizə aparan Orxan Mehdiyev peşəkar kəmərin sahibi olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Unikal.org-a qələbəsi ilə bağlı danışıb:

"Bu peşəkar döyüş idi.Əşrəf Bayramovla qarşılaşdım və qələbə qazandım.Rəisimiz Zaur Məmmədova və Ramil Allahverdiyevə dərin təşəkkürümü bildirirəm. Məşqlərimə görə, yaratdığı şərait üçün minnətdaram.

Xatırladaq ki, Orxan Mehdiyev ötən il Ukraynada böyük səs-küyə səbəb olan yarışda ermənini məğlub edərək Livovda tarix yazıb.

Famil Fərhadoğlu