Bu gün səhər Xocalı prospektində yol nəqliyyat hadisəsi baş verib. 

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, qəza zamanı "Mercedes" 99 CX 524 dövlət nömrə nişanlı maşın idarəetmədən çıxaraq səkiyə doğru hərəkət edib. Lakin avtomobil səkidə olan qoruyucu tumbaya dəyərək dayanıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.