Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, qəza paytaxtın Üzeyir Hacıbəyov küçəsində "Sahil" metrosunun qarşısında baş verib. Belə ki, "Ford Mustang" markalı minik avtomobili piyadalar üçün nəzərdə tutulmuş qoruyucu dəmirə çırpılıb. Zərbənin gücündən avtomobilin qabaq hissəsi yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

xxx
Məlumata görə, qəzaya düşən avtomobil dicey Çingiz Mustafayevə (Dj Çina) məxsusdur və sükan arxasında da özü olub.