Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.