Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, xalq artistinin nəşi Təzə Pir məscidinə aparılıb. Amaliya Pənahovanın sabah dəfn ediləcəyi bildirilir. 

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi sabah Akademik Milli Dram Teatrında olacaq. Aktrisanın harada dəfn ediləcəyi isə yaxın saatlarda açıqlanacaq.

Famil Fərhadoğlu