Ağ evdə ABŞ prezidenti Donald Trampın növbəti mətbuat konfransı baş tutub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir, CNN kanalının muxbiri Cim Akosta prezidentin idarəçilik sisteminə qarşı sərt suallar ünvanlayıb. Bu suallardan sonra muxbirin Ağ Evə akreditasiyası ləğv olunub.

Jurnalistlə arasında baş verən gərginlikdən sonra Tramp sərt çıxış edib: "CNN , səni çalışdırdığı üçün utanmalıdır. Kobud və bərbad birisən. CNN üçün işləməməlisən. Sarah ilə (Ağ evin mətbuat katibin) davranış tərzin bərbatdır. Digər insanlarla da davranmağın bərbatdır. İnsanlara bu şəkildə davrana bilməzsən- deyə Tramp qeyd edib.

CNN müxbiri Akosta "Twitterdəki hesabından açıqlama verib. Bildirib ki, onun Ağ Evə akreditasiyası ləğv olunub. Bu ləğvin səbəbi də prezidentlə aralarında baş verən gərginlik olub.